Müxalifəti təmsil edən daha bir siyasətçi yaxın günlərdə prezidentliyə namizədliyini irəli sürdüyünü elan etmək qərarına gəlib. Lent.az-ın “Yeni Müsavat”a istinadən verdiyi məlumata görə, bu gün “A13 hərəkatı”nın idarə heyətinin toplantısında təşkilatın sədri Ərəstun Oruclunun prezidentliyə namizədliyi rəsmən irəli sürülüb.
Maraqlıdır ki, toplantı barədə geniş ictimaiyyətə bilgi verilməyib.