“Terrorçuluğa qarşı mübarizədə Azərbaycan ABŞ-la ortaq maraqları bölüşür”
18 iyul 2013 05:13 (UTC +04:00)

“Terrorçuluğa qarşı mübarizədə Azərbaycan ABŞ-la ortaq maraqları bölüşür”

ABŞ-da işgüzar səfərdə olan Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı həmkarları ilə görüşlər keçiriblər.

 

Lent.az-ın məlumatəna görə, iyulun 17-də  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ABŞ Konqresi Senatının Konnektikut ştatından olan üzvü Kristofer Mörfi (Christopher Murphy) ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

 

Azərbaycanda səfərdə olduğunu və səfər barəsində xoş təəssüratlarını bölüşən senator Mörfi ABŞ-ın kifayət qədər dinamik regionda yerləşən Azərbaycanla əməkdaşlığının səviyyəsindən məmnunluğunu ifadə edib. Müasir dünyada əsas çağırışlardan hesab olunan terrorçuluqla mübarizədə Azərbaycanın ABŞ-la ortaq maraqları bölüşdüyünü bildirərək, Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda dəstəyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

 

Daha sonra Azərbaycanın enerji diplomatiyası, Avropanın enerji təhlükəsizliyinin təminində oynadığı rol, xüsusilə TAP layihəsinə dair fikirlər səsləndirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437
avatar

Oxşar yazılar