“Le MOCI”  jurnalında Azərbaycana dair xüsusi buraxılış nəşr edilib
23 aprel 2014 21:02 (UTC +04:00)

“Le MOCI” jurnalında Azərbaycana dair xüsusi buraxılış nəşr edilib

Fransa prezidenti Fransua Olandın 2014-cü il , mayın 11-12-də tarixində Azərbaycana nəzərdə tutulan rəsmi səfəri ərəfəsində Fransa mətbuatında Azərbaycana maraq xüsusi olaraq artıb.

Azərbaycanın Fransadakı  səfirliyindən APA-ya verilən məlumata görə, 5 milyondan artıq oxucusu olan və 10.000 şirkət arasında yayılan Fransanın məşhur biznes “Le MOCI” (Xarici ticarət üzrə monitor) jurnalı 2014-cü ilin aprel tarixli 1960-cı sayında "Azərbaycan iqtisadiyyatının diversifikasiyası davam edir" başlığı altında Azərbaycan üzrə 36 səhifəlik xüsusi buraxılış nəşr edib.

 

Xüsusi buraxılışda “Azərbaycan və Fransa ən yüksək səviyyədə konstruktiv siyasi dialoq qurublar” başlığı altında olan Azərbaycan Respublikasının Fransadakı səfiri Elçin Əmirbəyovun müsahibəsində son 2-3 il ərzində Azərbaycanın əldə etdiyi 3 ən mühüm nailiyyətlərə dair suala cavab olaraq ilk öncə qeyd edilir ki, 2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm tarixi sazişlər imzalanıb, o cümlədən TANAP və TAP layihələri və “Şahdəniz-2” investisiya sazişləri sadalanıb.

 

Daha sonra 2013-cü ildə Azərbaycanın kosmik ölkələr klubuna daxil olması, və “Azerspace-1” telekommunikasiya peykinin Fransanın “Arianespace” şirkəti tərəfindən “Ariane-5″ raketdaşıyıcısı ilə orbitə buraxılması və nəhayət, 2011-ci ildə dünyanın əksər dövlətlərinin dəstəyi ilə Azərbaycanın 2 illik müddət üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi, və bu iki il ərzində hər zaman olduğu kimi, Azərbaycanın beynəlxalq hüququ və ədaləti müdafiə etdiyi və beynəlxalq birlik tərəfindən Azərbaycana olan inamın və dəstəyin daha da artdığı vurğulanıb.

 

Eyni zamanda, səfir oxuculara Azərbaycanın iqtisadi potensialı,  1993-cü ildən başlayaraq Azərbaycanın inkişafı istiqamətində aparılan məqsədyönlü işlər və xüsusilə də, bütöv regionun iqtisadiyyatına zərər vermiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ və digər 7 ətraf rayonlarının azad edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının müvafiq 4 qətnamələri vasitəsilə Ermənistana irəli sürülən tələblər haqqında ətraflı məlumat çatdırıb. Müsahibədə vurğulanıb ki, 2012 və 2013-cü illərdə Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Oland arasında keçirilən görüşlərdə hər iki tərəf Azərbaycanla Fransa arasında bütün sahələrdə mövcud olan yüksək səviyyəli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı öz hökumətlərinə müvafiq tapşırıqlar veriblər.  

 

# 501
avatar

Oxşar yazılar