2010-cu ilin parlament seçkilərilə bağlı 14 şikayət üzrə kommunikasiya başlayıb. Bu məlumatı Azadlıq Radiosuna şikayətiçilərdən biri – ReAL-ın icra katibi Natiq Cəfərli verib.
Onun dediyinə görə, kommunikasiyanın başlanmasına dair Avropa Məhkəməsindən məktub alıb.
Şikayətçilərin sırasında Natiq Cəfərli ilə yanaşı, vəkillər Ənnağı Hacıbəyli və Xalid Bağırov, müsavatçı gənc Səxavət Soltanlı, AXCP-dən Arzuman Məcidli, Təzəxan Mirələmli və Xalid Bahadır, daha sonra Vüqar Sabiroğlu, Elnur Məcidli, Parviz Hashimli, Ziyafət Hüseynli, Ali Qasımlı, Akif Cavadov və Eyyub Umudovun adı var.
Şikayətlər 2010-cu il parlament seçkilərindəki seçki saxtakarlıqları, seçkidə namizədliyə iddialıların qeydə alınmaması və digər pozuntularla bağlıdır.
Ümumilikdə 2010-cu ilin parlament seçkilərilə bağlı Strasburqa 120-dən çox şikayət göndərilib.