Prezident İlham Əliyev Monako knyazı ilə görüşdü
18 fevral 2014 15:35 (UTC +04:00)

Prezident İlham Əliyev Monako knyazı ilə görüşdü

Prezidenti İlham Əliyev fevralın 18-də ölkəmizə səfərə gəlmiş Monako knyazı II Albert ilə görüşüb. Lent.az-ın məlumatına görə, Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Monako knyazı prezident İlham Əliyev ilə müxtəlif vaxtlarda keçirdiyi görüşlərini məmnunluqla xatırlayıb. 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının önəmini qeyd edən Monako knyazı bu böyük idman tədbirinin uğurla təşkil olunacağına əminliyini ifadə edib.
Dövlət başçısı Monako knyazı II Albertin ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib. 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına toxunan prezident  az vaxt qalmasına baxmayaraq, bu idman tədbirinə hazırlıq proseslərinin uğurla həyata keçirildiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Monako arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794
avatar

Oxşar yazılar