“Türkiyədə hazırda baş verən hadisələr gələcəkdə bu ölkədə demokratiyanın inkişafı üçün pozitiv bir addıma çevrilə bilər. Amma bir şərtlə ki, baş nazir Ərdoğan güzəştə getsin”.
APA-nın xəbərinə görə, bu sözləri Bakıda jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. O bildirib ki, hələlik Rəcəb Tayyib Ərdoğan ölkədə yeganə nüfuzlu lider olduğunu göstərmək istəyir, amma unudur ki, demokratik bir cəmiyyətdə müxalifətin də fikrini nəzərə almaq lazımdır: “Ərdoğan anlamalıdır ki, Türkiyədə seçicilərin yarısı ona səs verməyib. Demokratik cəmiyyətdə hər bir baxışa diqqət yetirilməlidir. Lakin hesab edirəm ki, baş verənlər “türk baharı” deyil”.