Robert Köçəryan və oğlunun saxlanılma GÖRÜNTÜLƏRİ - YENİLƏNİB
25 avqust 2026 12:03 (UTC +04:00)

Robert Köçəryan və oğlunun saxlanılma GÖRÜNTÜLƏRİ - YENİLƏNİB

0

Ermənistan mediası keçmiş prezident Robert Köçəryanın saxlanılması görüntülərini yayıb.

Lent.az həmin görüntüləri təqdim edir:

***
11:24

Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı açılan cinayət işi ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, təfərrüatları ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi açıqlayıb.

Məlumata görə, Köçəryan Ermənistan prezidenti vəzifəsini tutarkən əvvəlcədən ona yaxın olan şəxslərlə əlbir olaraq öz xidməti mövqeyindən istifadə edərək müxtəlif uydurma əsaslarla dövlət mülkiyyətindən çıxarılaraq bazar qiymətlərindən xeyli aşağı qiymətə sosial və iqtisadi əhəmiyyətə malik bir sıra qiymətli əmlak obyektləri əldə etməsi barədə məlumatlar əldə edilib.

6 nəfər, o cümlədən keçmiş prezident, onun oğlu və cinayət sxemlərində iştirak edən digər şəxslər saxlanılıb.

***
10:44

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan tutulub.

Ermənistan mediasının xəbərinə görə, onlar Antikorrupsiya Komitəsinə aparılıb.

***

10:18

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın evindədirlər və hüquq-mühafizə orqanları evdə axtarışları davam etdirirlər.

Məlumata görə, Köçəryan ailəsinin üzvləri də hazırda evdədirlər.

Qeyd edək ki, bundan əvvəl Robert Köçəryanın Antikorrupsiya Komitəsinə aparıldığı, oğlu Levon Köçəryanın evində isə axtarış keçirildiyi bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 806

Oxşar yazılar