Sergey Lavrov, Rusiyanın xarici işlər naziri
29 dekabr 2020 15:05 (UTC +04:00)

Sergey Lavrov, Rusiyanın xarici işlər naziri

Lavrov Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin qurulmasından danışdı

Beynəlxalq gündəmdə olan mövzulardan Dağlıq Qarabağdakı vəziyyətə prioritet diqqət ayırdıq.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Ankaranın münaqişə tərəflərinin öhdəliklərini yerinə yetirilməsinin icrasına göstərdiyi yardım səylərini alqışlayırıq”, - S. Lavrov vurğulayıb.

XİN başçısı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasından da danışıb. O qeyd edib ki, bu Birgə Mərkəz Rusiya və Türkiyə prezidentləri arasındakı razılıq nəticəsində yaradılır: “Hazırda bu mərkəzin aktiv qurulması prosesi gedir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602
avatar

Oxşar yazılar