İsa Qəmbər və Arif Hacılı deputatlığa namizəd olmayacaq  -YENİLƏNİB
17 iyul 2024 16:20 (UTC +04:00)

İsa Qəmbər və Arif Hacılı deputatlığa namizəd olmayacaq -YENİLƏNİB

Müsavat Məclisinin sədri Arif Hacılı da sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini verməyəcək.

Lent.az-ın xəbərinə görə, o, bu barədə APA-ya açıqlamasında bildirib ki, belə bir planı yoxdur.

***

16:03

Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya İsa Qəmbər özü məlumat verib.

“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var.

Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Oxşar yazılar