Erməni ekspertlər  sabah Bakıya gələcək
20 noyabr 2025 17:42 (UTC +04:00)

Erməni ekspertlər sabah Bakıya gələcək

0

Erməni ekspertlər sabah Bakıya səfərə yola düşəcəklər.

Lent.az Ermənistan mediasına istinadla xəbər verir ki, Ermənistan hökuməti 21-22 noyabr tarixlərində Bakıda keçiriləcək dəyirmi masada 5 ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkilinə görə bugünkü iclasında 17 milyon 550 min dramın ayrılması barədə qərar qəbul edib.

Qərarın əsaslandırılmasında deyilir ki, dəyirmi masada iştirak Ermənistanla Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmasların intensivləşməsinə və iki dövlətin cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi mexanizmlərinin formalaşdırılmasına imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar