Mərkəzi Seçki Komissiyası (MSK) sosial şəbəkələrdə yayılan görüntüləri araşdırır.
APA-nın məlumatına görə, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan qanun pozuntuları ilə bağlı görüntülər araşdırılacaq, bu pozuntuları edən şəxslər cəzalandırılacaq: “Sosial şəbəkələrdə qanun pozuntularının yayılması çox gözəl ənənədir. Bu görüntüləri yayanlar bizim əsl köməkçilərimizdir. Eyni zamanda müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar. Biz təklif edirik ki, kimin əlində nə material varsa, gec olmadan bizə təqdim etsin. Biz hər kəsə bu şəraiti yaradırıq”.