Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyidlərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana verməyə hazırdır.
Lent.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
O bildirib ki, 18 oktyabrda Azərbaycanın meyitləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməyinə baxmayaraq, Ermənistan hələ də cavab vermir: "Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır".
Beləliklə, bir daha aydın olur ki, Ermənistan meyitlərini götürmək istəmir, çünki mövcud, siyasi-hərbi rəhbərlik xalqın reaksiyasından, qəzəbindən qorxur