Azərbaycan prezidenti Gəncə Şəhər Baş Polis İdarəsinin və DİN Katibliyinin rəisinə general-mayor rütbəsi verdi
Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Musayev Rasim İslam oğlu və DİN Katibliyinin rəisi Şirinov Nüsrət Kamran oğluna polis general-mayoru ali xüsusi rütbəsi verilməsi barədə qərar qəbul edib.
722