Milli Məclis iyunun 24-də toplanacaq
20 iyun 2011 17:41 (UTC +04:00)

Milli Məclis iyunun 24-də toplanacaq

Bu barədə Lent.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, parlamentin son iclası iyunun 24-də keçiriləcək.

Növbədənkənar iclasın gündəliyinə ümumilikdə 20 məsələ təklif edilib.

Müzakirə olunacaq layihələrin ən əhəmiyyətliləri “Azərbaycan Respublikasının İnsan hüquqları müvəkilli - Ombudsman haqqında Konstitusiya qanunu”na əlavə və dəyişikliklər edilməsi, “Gömrük Məcəlləsi” və “İcbari sığortalar haqqında”, “Məhkəməlırin fəaliyyəti haqıqnda informasiya əldə etmək haqqında” qanunun təsdiq edilməsi ilə bağlı üçüncü oxunuşlar həyata keçiriləcək.

Bundan başqa “Nəqliyyat haqqında”, “Prokurorluq haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər edilməsi gündəlikdə olan məsələlərə daxildir.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar