Norveç Krallığının Vəliəhdi İçərişəhərdə
07 iyun 2011 18:51 (UTC +04:00)

Norveç Krallığının Vəliəhdi İçərişəhərdə

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, qonağın İçərişəhərdə gəzintisi Əliağa Vahid bağından başlamış, qonağa məşhur qəzəlxan barədə məlumat verilib. “Şirvanşahlar Sarayı Kompleksi” barədə informasiya verildikdən sonra Norveç Krallığının Vəliəhdi Hookonun İçərişəhərədə gəzintisi Kiçik Qala küçəsi ilə davam etdirilib.



Sıratağlı dini-memarlıq kompleksinin ərazisində sərgilənən daşyonma sənətinin nümunələri Norveç Krallığının Vəliəhdi Hookonun diqqətini cəlb edib. Qonağın İçərişəhərlə tanışlığı Qız Qalası ilə davam etdirilib. Asəf Zeynallı küçəsində aparılmış abadlaşdırma və restavrasiya işləri ilə tanış edilmiş qonaq burada yerləşən tarixi abidələr barəsində məlumatlandırılıb . Qonaq “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda rəssamlar tərəfindən müxtəlif üslublarda hazırlanmış hücrələrə tamaşa edib.
Sonda Norveç Krallığının Vəliəhdi Hookon XI əsr abidəsi Məhəmməd Məscidi ilə tanış olub və Fəxri Qonaqlar Kitabında ürək sözlərini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481

Oxşar yazılar