Semnebi: “Əminəm ki, Ermənistan rəhbərliyi dərk edəcək”
02 noyabr 2009 16:15 (UTC +04:00)

Semnebi: “Əminəm ki, Ermənistan rəhbərliyi dərk edəcək”

“Azərbaycan və Ermənistan aralarındakı münaqişənin həlli mexanizmlərinin müzakirəsində xeyli irəliləyib.


Detallarla bağlı çoxlu məsələ hələ qalır və əlverişli mühit yaranarsa, əminəm ki, daha da irəli getmək olar”.


APA-nın xəbərinə görə, bunu Rusiyada səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi “Vremya novostey” qəzetinə müsahibəsində deyib. O, Azərbaycan və Ermənistanın hansı güzəştlərə gedə biləcəyi haqda suala belə cavab verib: “Mən indi konkret güzəştlər barədə danışa bilmərəm. Hər şey Madrid prinsiplərində aydın yazılıb. Əlbəttə, ən mürəkkəb problemlər detallarda gizlənir, lakin Madrid sənədində hər iki tərəfin güzəştə getməsinə dair qərarlar təsvir olunub. Ən mürəkkəb məsələlər, o cümlədən Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi isə qeyri-müəyyən vaxta qədər təxirə salınır”.


P. Semnebi bildirib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər: “Biz əminik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də yeni imkanlar açır. Bu, pozitiv dinamika yaradır. Mən əminəm ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağda mövcud status-kvonun ömürlük davam etməsinin mümkün olmadığını dərk edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315

Oxşar yazılar