Rəsul Quliyevin partiyasının sədri istefa verdi
23 iyun 2009 11:00 (UTC +04:00)

Rəsul Quliyevin partiyasının sədri istefa verdi

Akif Şahbazov Açıq Cəmiyyət Partiyasının (ACP) sədri vəzifəsindən istefa verib.
Bu barədə APA-ya Akif Şahbazov özü bildirib. A. Şahbazov bu gün rəhbərlik etdiyi partiyanın İdarə Heyətinin toplantısını keçirdiyini, iclasda ictimai-siyasi vəziyyət, partiyadaxili məsələlərin müzakirə olunduğunu deyib.

A.Şahbazov iclasın sonunda partiya sədrliyindən istefa verdiyini açıqlayıb: “İstefamı belə əsaslandırdım ki, ACP yarandığı gündən ölkədəki real ictimai-siyasi vəziyyətin ağırlığını, hakimiyyət uğrunda apardığı mübarizənin əhəmiyyətsizliyini və perspektivsizliyini dərk etsə də, siyasi kursunu partiyanın lideri Rəsul Quliyevin Azərbaycana qayıdışı istiqamətində reallaşdırmaq istəyib. Lakin Rəsul Quliyevin ölkəyə qayıdış planının müəllifi kimi, üzərimə götürdüyüm missiyanı həyata keçirə bilməməyimin mənəvi məsuliyyətini dərk edərək, partiya sədrliyindən istefa verdim. Hesab edirəm ki, partiyanın lideri və üzvlər bu istefamı düzgün başa düşəcək”.


A. Şahbazov sədrin səlahiyyətlərini Ali Məclisin sədri Vaqif Mahmudovun icra edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921

Oxşar yazılar