Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə noyabrın 24-də saat 22:50 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı beton divara çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xanım Məmmədova