Azay Quliyev: “...bəzi müddəalar bizdə narahatlıq yaradır”
19 iyun 2009 12:00 (UTC +04:00)

Azay Quliyev: “...bəzi müddəalar bizdə narahatlıq yaradır”

“Qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyə təklif edilən əlavə və dəyişikliklərlə bağlı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəyi var. Biz bu rəyi açıqlayacağıq”.

APA-nın xəbərinə görə, bu barədə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. A. Quliyev deyib ki, təklif edilən əlavə və dəyişiklikləri birmənalı qiymətləndirmək olmaz: “Əsas odur ki, QHT-lər üçün indiyə qədər yaradılan şərait bundan sonra da davam etsin. Qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirilsin”.

Şura sədri onu da deyib ki, bütün maddələrin hamısının antidemokratik olduğunu, QHT-lərin işinə tam maneə yaratdığını demək düzgün deyil: “Eyni zamanda oradakı müddəalar olduğu kimi qəbul olunsa, QHT sektorunun zərər çəkməyəcəyini demək özü də düzgün olmaz. QHT-lərin filiallarının yaradılması, audit xidmətinin aparılması, QHT-lərin əldə etdiyi gəlirlərin 50 faizindən çoxunun kommersiya fəaliyyətindən toplandığı halda, onların avtomatik olaraq kommersiya təşkilatına çevrilməsi barədə müddəalar bizim tərəfimizdən narahatlıq doğurur. Amma Azərbaycanın dövlətçiliyi, şəffaflığın qorunması, təhlükəsizlik barədə olan müddəalar təqdirəlayiqdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314

Oxşar yazılar