Vüsalə Mahirqızı: “APA reallıqdır, onun xatirələrə ehtiyacı yoxdur”
APA-nın baş direktoru Vüsalə Mahirqızının açıqlaması
Artıq bir aya yaxındır ki, “Turan” agentliyinin baş direktoru Mehman Əliyev APA ilə bağlı xoşagəlməz açıqlamalar verməkdədir. Əslində APA-nın yaranmasından üzü bəri Mehman Əliyevin bəzən gizli, bəzən aşkar apardığı bu kampaniyanın belə nəticələnəcəyi gözlənilən idi. APA-nın baş direktoru Vüsalə Mahirqızı məsələyə münasibətini açıqlayıb:
“Təəssüf edirəm ki, Mehman Əliyev mənim ona yaraşdırmadığım şəkildə açıqlamalarını davam etdirir. Gerçəkdən bu polemikaları davam etdirməklə, onun və agentliyinin itmiş nüfuzunun bərpası üçün piar eləmək fikrində deyiləm. Özünü təcrübəli sayan bir adamın başqasının ünvanına aşağılayıcı ifadələr işlətməsi hər halda bir az da etika məsələsidir.
Əgər söhbət utanıb-qızarmaqdan gedirsə, gərək Mehman müəllim belə bir müzakirə başladığına görə hamıdan əvvəl utanaydı. Bu polemikanı mən başlamadım. Məhz Mehman Əliyev mənim Avropa Şurasına səfərimdən sonra qəzetlərə açıqlamalar verməyə, bizim gördüyümüz işin kiçildilməsinə, əhəmiyyətsizləşdirilməsinə başladı. Təbii ki, bunlara cavab vermək haqqım var, mən də bundan yararlanıram. Amma onu da xatırladıram ki, Mehman Əliyevə və gündə cəmi 10-15 xəbər yayan agentliyinə bizimlə reklam olunmaq şansı tanımayacağam.
Mənim Mehman Əliyev kimi keçmiş nostaljilərlə yaşamaq, keçmişdə gördüyüm işləri sadalamaq niyyətim yoxdu. Rəhbərlik etdiyim agentlik ortadadır, gördüyüm iş də, onun bəhrəsi də göz qabağındadı. Mənim rəhbərlik etdiyim agentlik indi bürolar açır, beynəlxalq əlaqələrini genişləndirir, əlavə layihələr hazırlayır, günbəgün daha yeni abunəçilər, reklamçılar qazanır. Ona görə də çox xoşbəxtəm ki, Mehman Əliyev kimi agentliyimin vaxtilə yaratdığı bürolar, vaxtilə heç kimin görmədiyi video görüntülər, vaxtilə keçdiyi inkişaf yolundan danışmıram. APA haqqında mənim xatirələrimə ehtiyac yoxdur, çünki APA reallıqdı, bu gündür və sabaha doğru addımlayır. Mehman Əliyevin agentliyi kimi xatirəyə çevrilməkdə deyil.
Həmd olsun, özüm də hələ qocalmamışam ki, xatirələr danışam.
O ki qaldı Mehman Əliyevin iftiralarına, onları cavablandırmaq istəyindəyəm. Ən azı bizim abunəçilərimizin və partnyorlarımızın bu barədə məlumat almaq haqqı var.
Əvvəla, hörmətli Mehman müəllim bu pis xəbərlə bir az rahatlaşsın ki, APA-nın hələ də ofisi yoxdur. Amma mən qətiyyən bunu onun kimi öyünmək və ya “azad mətbuat nümayəndəsi olmağın atributu kimi” qələmə vermək istəyində deyiləm. Nə APA, nə Turan, nə də digər media qurumlarının öz ofisi olmamasına qətiyyən normal hal kimi baxmıram. Hansı qurumun ofisi varsa, buna da ancaq sevinirəm.
İkincisi, APA-nın balansında maşınlar deyil, maşın var. Bu da çox normal haldır. Məncə, Mehman müəllim də vaxtilə ona axan pulları şəxsi biznes üçün qiymətli kağızlar bazarına yönəltməsəydi, indi onun agentliyinin də balansında maşın olmalı idi.
Üçüncüsü, Mehman Əliyev bizim xəbərlərin mediada tapşırıqla çap edildiyini bildirir. Azərbaycanın bir rəsmi dövlət qəzeti belə bizim abunəçimiz deyil. Əgər Mehman Əliyev bizim xəbərləri tapşırıqla çap edən bir baş redaktorun adını mənə deyə bilsə, ondan üzr istəyəcəyəm. Amma mən Mehman Əliyevə bir neçə qəzet redaktorunun adını söyləyə bilərəm ki, Mehman Əliyev şəxsən özü onlara telefon açaraq, APA-nın xəbərlərini çap edib onun agentliyinin yaydığı xəbərləri vermədiklərinə görə şikayətlənib və APA-nın xəbərlərini yaymamağı xahiş edib.
Dördüncüsü, Mehman müəllim bizim xarici büroları aşağılamaqla məşğul olub. Buyursun, beynəlxalq təşkilatlara bizim barəmizdə danos yazmaq peşəsini bir kənara qoyub, xarici bürolar yaratsın, biz də baxaq görək onu necə edirlər. “Təcrübəsini” göstərsin, biz də yararlanaq. Mən hələ ki Mehman Əliyevin onun-bunun bostanına daş atdığını, müxalifət tədbirlərində iqtidarın, iqtidar tədbirlərində müxalifətin əleyhinə çıxış etdiyini, qaz, işıq, su kimi məsələlərdən danışdığını görmüşəm.
Əgər Mehman Əliyev Bakı şəhər İcra Hakimiyyətinin vəzifədə olan başçısının işdən çıxarılması barədə xəbər yazılması, bu gün saat 16-da olan tədbirin sabah saat 12-də yayılması, televiziyadan şəkil çəkib, üstünə “Turan”ın adının yazılması, Azərbaycan dilinin bütün normalarını ayaq altına alıb xəbər yazmaq “təcrübəsini” ondan öyrənməyimizi istəyirsə, təşəkkür edirəm. Bu təcrübəni öz agentliyinə öyrətməkdə davam eləsin, bir şey qalmayıb, axırı yaxşı olacaq.
Beşincisi, Mehman müəllim iddia edir ki, mən bir mənbədən pul aldığımızı təsdiqləmişəm. Mən elə bilirdim, agentliyinin təcrübəsində hiss olunmasa da, Mehman müəllim özü Azərbaycan dilini yaxşı bilir. Təəssüf edirəm! Cənab direktor bizim hardansa maliyyələşdirildiyimizi iddia edir, mən də ona cavab olaraq bildirmişəm ki, əgər Mehman Əliyev bizim bir yerdən maliyyələşdirildiyimizi deyirsə, mən də onun agentliyinin 8 yerdən maliyyələşdirildiyini deyirəm və bilirəm. Ən azı Mehman Əliyev bilir ki, bizim nə qədər geniş əhatəli abunəçi sistemimiz var. Bilmirsə. məncə, bir iş adamının əvvəl rəqibinin iqtisadi göstəricilərini öyrənməsinə ehtiyac var. Əgər bu qədər abunəçi, reklam mənbələri ilə, (yeri gəlmişkən, o beynəlxalq təşkilatlardan biz də qrant alırıq) APA özünün maliyyələşdirə bilmirsə, onda abunəçi sayı 70 faiz azalmış, saytında bir reklamı olmayan “Turan” necə özünü saxlayır? Mehman müəllimin istəyi varsa, “Turan”ın biabırçı qiymətlərin əks olunduğu abunə qiymətləri siyahısını da yaya bilərəm. Müqayisə üçün APA-nın da qiymət siyahısını yayaq və bu il bizə gələn, “Turan”dan isə gedən abunəçilərin sayını açıqlayaq. Onda hər şey aydın olacaq.
Altıncısı, bir təşkilat rəhbərinin vəzifəsi, təşkilatına maliyyə qaynaqları tapmaq, onu biznes strukturuna çevirmək, işçilərinə yaxşı maaş vermək, ofisinin texniki təchizatını yüksək səviyyəyə çatdırmaqdır. Əgər Mehman müəllim bu öhdəliklərini yerinə yetirə bilmirsə, bunun günahını qətiyyən məndə axtarmağa ehtiyac yoxdur. “Hamı satılıb, bir Mehman Əliyev inqilabçıdı” devizi ilə yaşayırsa, bunu da özü bilər.
Yeddincisi, Mehman Əliyev iddia edir ki, o, dünya səyahətinə çıxanda bunu mediaya deməyib, görüşləri barədə kimisə məlumatlandırmayıb, burda yalan danışdığını deməyə bilməyəcəyəm. Çünki Mehman müəllimin yanakı fotoları ilə səhifə-səhifə xarici təəssüratlarının qəzetləri bəzədiyi vaxtları xatırlamağa yaşım çatır. Hə, indi onun görüşləri kimisə maraqlandırmırsa, burda da artıq mənim bir təqsirim yoxdu.
Səkkizinci, APA-nın birinci mənbədən informasiya alması məsələsinə gəlincə, hörmətli Mehman müəllimə yenə də 15 illik jurnalist təcrübəmə əsaslanıb deməliyəm ki, bunun üçün mənbələrlə işləmək lazımdı. Hər halda Prezident Administrasiyasının təşkilatçılığı ilə KİV rəhbərləri ilə mətbuat xidmətləri rəhbərlərinin görüşündə mənim etdiyim çıxış jurnalistlərin yadından çıxmayıb. Mən nədənsə orda Mehman Əliyevin səsini eşitmədim.
Elə cəmi bir ay əvvəl Mətbuat Şurasında Neft Akademiyasında baş verən hadisədə mətbuat xidmətlərini ilə bağlı müzakirələrdə də Mehman Əliyevlə mən ard-arda çıxış etdik. Jurnalistlər o çıxış da kimin məsələyə daha sərt yanaşdığını gördülər.
Amma Mehman müəllimin nəzərinə çatdırım ki, mən ABŞ səfirliyində, Avropa Şurasında bir cür, AZTV-də, hökumət kluarlarında başqa cür danışmıram.
Onu da cənab direktorun diqqətinə çatdırım ki, hələ APA haqqında heç bir dövlət rəhbəri, ya da səfir “bizim agentlik” ifadəsini işlətməyib. “Turan”ın necə şişirdildiyi də, Mehman Əliyevin hökumət nümayəndə heyətlərinin tərkibində səfərlərini xatırlamağa da yaşım çatır.
Bir də gərək Mehman müəllim bunu indiyə qədər bilmiş olaydı ki, bütün mənbələr daha çox yayılan, daha nüfuzlu və etimadlı media qurumuna məlumat verməyə maraqlı olurlar. Hörmətli direktorun nəzərinə çatdırım ki, təkcə hökumət deyil, elə sıralarında olduğu müxalifət də birinci xəbəri bizə ötürür. Və mən buna çox sevinirəm.
Doqquzuncusu, Rail Rzayev, Neft Akademiyası, ondan əvvəl və sonra baş verən hadisələr barədə kimin daha operativ, daha sanballı xəbər yaymasına gəlincə, bunu oxucu və abunəçi gözəl bilir. Xəbər yazmaq, qaz, su, evlərin qiyməti və s kimi nə azad, nə də qeyri-azad jurnalistikaya dəxli olmayan məsələlər barədə danışmaq deyil. Əvvəlcə təmiz Azərbaycan dilində xəbər yazmağı öyrənmək lazımdı. Mən bu məsələdə dərs keçə bilərəm, ən azından ortada bunu sübut edəcək əsər var. Mehman Əliyev bundan sonra mənim mühazirə oxuyacağım çoxsaylı tədbirlərdə əyləşmək vərdişinə yiyələnsə, məncə, pis olmaz. Əgər Mehman müəllimin yeni internet mediası sahəsi ilə bağlı çoxsaylı qrantların əlindən çıxacağı ilə bağlı qorxusu varsa, buna bir söz deyə bilmərəm. Yox, əgər o, internet medianı məndən yaxşı bildiyini iddia edirsə, gerçəkdən daha sözüm yoxdu.
Və onuncu, Mehman Əliyev iddia edir ki, onlar Azərbaycanda ilk dəfə video görüntülü xəbər yayıblar. O xəbər harda yayılıbsa, mən deyil, Mehman müəllimin özünün dediyi kimi təcrübəli media rəhbərləri belə bundan xəbərsizdilər.
Mehman Əliyev bütün açıqlaması boyu cəmi bir məsələni doğru etiraf edib. Deyib ki, o, Rail Rzayevin qətli ilə bağlı BAXCP sədri, deputat Qüdrət Həsənquliyevi məlumatlandırıb. Mən buna təəccüblənmirəm, çünki onun da qeyd etdiyi kimi BAXCP-yə yaxın olan “Xalq Cəbhəsi” qəzetində işləmişəm və o vaxtlar “Turan” agentliyinin ekspertlərinin Xalq Cəbhəsinin bütövləşməsi haqqında analizləri hansı şərtlərlə yazdıqlarının şahidi olmuşam. Mehman müəllim məncə şəffaflıq, muzdluluq haqqında daha danışmasa yaxşıdır.
O ki qaldı, 50 dəqiqə əvvəl xəbəri alıb, hansısa millət vəkilini məlumatlandırmağı xəbəri yaymaqdan üstün tutmağa, əgər Mehman müəllim bunu bizə irad tutursa, düz eləyir. Biz şəxsi informator deyilik, Kütləvi İnformasiya Vasitəsiyik, xəbəri alan kimi də onu saytımıza yerləşdiririk, deputat məlumatlandırmağa vaxtımız yoxdu.
Mehman müəllim mənim aztirajlı qəzetdən gəlməyimi qəbahət kimi qeyd edir. Amma ona xatırladım ki, mən 18 yaşında ölkədə günlük 25 min tirajla nəşr olunan “Bu gün” qəzetinin şöbə müdiri idim. Mehman Əliyev o yaşda harda idi, mən bilmirəm.
Mən heç vaxt APA-Economiks və s kimi bölümləri ilk yaratdığımı deməmişəm. Hə, Mehman müəllim əgər bu sahədə bütün məsələlərlə bağlı, ilk təcrübəni bizdən öyrənirsə, mənim buna etirazım yoxdur.
Mən bir az tanıdığım Mehman Əliyevin bu “bəyanatında” bir məqama çox güldüm. Mehman müəllim APA-nın tirajını “Yeni Müsavat”, “Zerkalo”, “Azadlıq” qəzetləri ilə müqayisə edir. Mən o qəzetlərin böyük tirajlı olduğunu bilirəm, onlar bizim abunəçilərimiz və xəbərlərimizin aktiv istifadəçiləridir ki, bununla da fəxr edirəm. Amma bir informasiya agentliyinin tirajı onun saytına ziyarətçi sayı ilə ölçülmür. Gərək saytına heç kimin daxil olmadığı agentliyin baş direktoru ən azı bunu eşidəcəyinə görə elə ifadə işlətməyəydi. Hörmətli Mehman müəllimin nəzərinə çatdırım ki, agentliyin nüfuzu onun abunəçilərinin sayı, yayılma coğrafiyası, yaydığı xəbərlərin say çoxluğu ilə ölçülür. Təcrübəli adamdı, dünya praktikası var axı.
Xətrinə dəymək istəmirəm, amma mən lent.az-ı, o da contact.com.az-ı təxminən eyni vaxtda yaratmışıq. Mən heç nə demirəm, ikisinin də tirajına bir özü baxsın.
O ki qaldı, bizim daha çox şou və kriminal xəbər yaymağımıza. Qoy Mehman müəllim də “Turan”ın 15 ildə müsahibə aldığı prezidentlərin, nazirlərin, beynəlxalq təşkilatların nüfuzlu şəxslərinin siyahısını açıqlasın, mən də 5 ildə APA-nın bu tipli müsahibələrinin siyahısını açıqlayacağam. Görək, kim daha ciddi xəbər yayıb.
Tək bir statistika yetərlidi: APA-nın beş dildə iki günlük xəbər sayı, ”Turan”ın bir aylıq xəbər statistikasına bərabərdir. Söz verirəm, bu fərqi 15 günə endirə bilsə, Mehman müəllimin agentliyinə rəqib kimi yanaşmağa başlayacağıq.
Və nəhayət, bizim məqsədimiz heç vaxt kimisə hasısa bazardan kənarlaşdırmaq olmayıb. Biz bu bazarda lider olmaq istəyindəydik, buna da nail olduq. “Turan”ı burdan kənarlaşdırmağa ehtiyac da yox idi. Çünki biz gələndə bu agentlik artıq bazardan gedirdi. Mehman müəllimə məni bir az daha yaxşı tanımağı tövsiyyə edirəm. Mən güclülərlə vuruşmağı xoşlayıram, zəiflər heç vaxt hədəfimdə olmur. Hər halda elə bu açıqlamanın tonundan da hiss eləyir bunu. Qətiyyən onu incitmək fikrim yoxdu. Başa düşürəm, vaxtilə lider olduğun bazarda başqalarının liderliyini görmək, bununla hesablaşmaq çətin məsələdir. Amma gerçəkdən hikkəsini bu cür qəzet səhifələrinə tökdükcə, Mehman müəllim həm özünün, həm də agentliyinin çox acınacaqlı vəziyyətə düşdüyünü hiss eləməlidir. Belə mübarizə aparmırlar. Və açıqcası, mən Mehman Əliyevin nə istədiyini bilmirəm.
Əgər gerçəkdən rəqabət aparmaq istəyi və gücü hiss eləyirsə, buyursun. Amma bu ölkədə kimlərin mənə qalib gələ biləcəyini, kimlərin bu bazarda ciddi rəqibim ola biləcəyini bilirəm. O siyahıda Mehman Əliyevin adı yoxdur.
Hələ də deyinmək, şantaj eləmək, səfərlərinin siyahısını, agentliyinin keçmiş xatirələrini danışmaq fikri varsa, özü bilər. Mənim bir daha onun tarix və nostalgiya dolu açıqlamalarına cavab verməyə vaxtım olmayacaq.

1850