Ərdoğanın partiyasının üzvləri “erməni soyqırımı” abidəsini ziyarət etdilər
Onlar İrəvana 3 günlük səfərdən məmnun qalıblar
Türkiyənin İqdır vilayətinin maliyyə idarəsinin rəhbəri Yaşar Qısa ilə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) bir qrup üzvü Ermənistana 3 günlük səfərdən qayıdıb.
Lent.az-ın DHA-ya istinadən məlumatına görə, onlar səfərdən xeyli məmnun qaldıqlarını bildiriblər. Səfər AKP-nin qurultay nümayəndəsi Mahmud Sekin uzun müddətdir, İrəvanda yaşayan İsmayıl Sekin dəvəti ilə gerçəkləşib. İsmayıl Sek Yaşar Qısa digərlərini Ermənistana dəvət edib. 3 gün İrəvanda qaldıqlarını deyə Qısa bu ölkədə hər yerdə türk olduqlarını rahat söyləyə bildiklərini və xoşagəlməz halla qarşılaşmadıqlarını deyib.
Nümayəndə heyəti İrəvandakı qondarma “soyqırımı” abidəsini də ziyarət edib: “Abidəni ziyarət etdik. Türkiyədəki soyqırımı abidəsində 5 qılınc, oradakında isə 3 iti uclu kağız abidə qoyublar. Ermənistanda danışdığımız hər kəs sərhədlərin açılmasını istəyir. Ermənistanda satılan məhsulların əksəriyyəti türk malıdır. Ticarətlə məşğul olanlar başqaları olduğundan İqdır heç nə qazanmır. Bu səbəbdən sərhədlər açılmalıdır”.

1025