Əli Həsənov: “Mətbuat ombudsmanına ehtiyac yoxdur”
“Bu gün Azərbaycanda media ictimaiyyətinin seçkili orqanı olan Mətbuat Şurası fəaliyyət göstərir.
Mətbuat Şurası jurnalistlərin ümumi qurultayında formalaşıb. Şuranın sədri və İdarə Heyəti də qurultayda seçilib. Belə olan halda ayrıca mətbuat ombudsmanının yaradılmasına lüzum yoxdur”.
APA-nın məlumatına görə, bunu jurnalistlərin Azərbaycanda mətbuat ombudsmanı təsisatının yaradılması ilə bağlı təkliflərin hansı mərhələdə olduğuna dair sualını cavablandıran Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Azərbaycan jurnalistləri ayrıca bir ombudsmana ehtiyac olduğunu hesab etsələr, o zaman bu məsələyə baxmaq olaq: “Ancaq Mətbuat Şurasının mövcudluğu şəraitində belə bir ombudsmana ehtiyac görünmür”.

737