“Minsk Qrupu münaqişəni həll edə bilmirsə, fəaliyyətini dayandırmalıdır”
09 iyun 2009 14:30 (UTC +04:00)

“Minsk Qrupu münaqişəni həll edə bilmirsə, fəaliyyətini dayandırmalıdır”

Məmməd Əlizadənin partiyası “dəyirmi masa” keçirib

Bu gün Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) “Dağlıq Qarabağ probleminin həllində ATƏT-in yeri və rolu” mövzusunda “dəyirmi masa” keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həyata keçirdiyi fəaliyyəti, bu sahədə mövcud problemlər və onların həlli yolları müzakirə edilib. DADP sədri Məmməd Əlizadə ATƏT-in yaranma və Dağlıq Qarabağ münaqişəsi istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.

“Biz hər an müharibəyə hazır olmuş və hər zaman sülh istəyən millət olmuşuq. Ancaq torpaqlarımız da azad olmalıdır” – deyə, M.Əlizadə qeyd edib.

Respublikaçılar Partiyasının sədri Kamil Seyidov isə deyib ki, əgər ATƏT-in Minsk Qrupu münaqişəni həll edə bilmirsə, fəaliyyətini dayandırmalıdır.

Tədbirdə bəzi sıra xarici diplomatik korpusların və beynəlxalq təşkilatların Bakıdakı ofislərinin nümayəndələri də iştirak edib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar