Silahlı Qüvvələrimizin NATO üçün ayrılmış bölüyü qiymətləndiriləcək
Bu ilin avqust-sentyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Ortaq Qüvvələr Birliyinə (OCC) ayrılmış bölüyünün yerli mütəxəssislər tərəfindən yüksək səviyyəli qiymətləndirilməsi keçiriləcək. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bölüyün yerli mütəxəssislər tərəfindən qiymətləndirilməsindən sonra hazırlıq prosesi yarım il ərzində bir daha nəzərdən keçiriləcək. Qeydə alınmış nöqsanlar aradan qaldırılandan sonra, 2010-cu ilin ortalarında OCC bölüyü NATO-nun Norfolkdakı Ali İttifaq Komandanlığının ekspertləri tərəfindən birinci səviyyəli beynəlxalq qiymətləndirilməsi həyata keçiriləcək və bölüyün NATO əməliyyatlarına hazırlığı yoxlanılacaq. NATO ekspertləri həmçinin bölüyün maddi-texniki imkanlarını, habelə şəxsi heyətin dil bilmə qabiliyyətini də qiymətləndirəcəklər.
Gələcəkdə Azərbaycanın OCC bölüyünün alyansın çevik əməliyyat qüvvələrində iştirakı nəzərdə tutulur. Qeyd edək ki, OCC bölüyünün qiymətləndirmə təlimi sonuncu dəfə NATO-nun Brunsumdakı qüvvələrinin ekspertləri tərəfindən 2008-ci ilin may ayında keçirilib.
Rəşad Süleymanov

975