Azərbaycanın birinci xanımı Aysel və Araş ilə görüşüb
“Aysel və Araş qitə miqyaslı müsabiqədə Azərbaycanı layiqincə təmsil ediblər”
Mayın 20-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı uğurla təmsil etmiş Aysel Teymurzadə və Araş ilə görüşüb.
Lent.az-ın məlumatına görə, Mehriban Əliyeva müsabiqədə Azərbaycanı layiqincə təmsil etmiş ifaçılarımızla xatirə şəkli çəkdirib.
Heydər Əliyev Fondunda Aysel Teymurzadəni və Araşı görməyə şad olduğunu deyən Mehriban xanım Əliyeva, “Eurovision-2009” mahnı müsabiqəsində qazandıqları böyük uğur münasibətilə onları ürəkdən təbrik edib.
Aysellə Araşın qazandıqları uğuru xüsusi vurğulayan Mehriban xanım Əliyeva bildirib ki, “Eurovision” Avropada musiqi sahəsində ən böyük müsabiqədir.
Ölkəmizdə bu musiqi yarışmasının həyəcanla izlənildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, Aysel və Araş qitə miqyaslı müsabiqədə Azərbaycanı layiqincə təmsil ediblər. Artıq Azərbaycan bu sahədə də nailiyyət əldə edib.
“Eurovision-2009”da qələbə münasibətilə Azərbaycan təmsilçilərini bir daha təbrik edən Mehriban xanım Əliyeva deyib ki, qarşıda onları yeni-yeni uğurlar gözləyir.
Aysel Teymurzadə və Araş yüksək diqqət, qayğı və dəstəyə görə Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Müğənni Araş yeni diskini Mehriban xanım Əliyevaya təqdim edib.

948