Ombudsmanın nümayəndələri AXCP Gənclər Komitəsinin sədrilə görşüb
15 may 2009 17:30 (UTC +04:00)

Ombudsmanın nümayəndələri AXCP Gənclər Komitəsinin sədrilə görşüb

Ombudsman Aparatının Çevik Araşdırma Qrupu Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə (MST), Nəqliyyatda Baş Polis İdarəsinin MST-nə, Xətai və Binəqədi rayon polis idarələrinin MST-nə, həmçinin yetkinlik yaşına çatmayanların azadlığının məhdudlaşdırılması mərkəzinə baxış keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, baxış Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən gerçəkləşib. Ombudsmanın nümayəndələri bu müəssisələrdə saxlanılanlarla görüşərək söhbət aparıb, saxlama şəraiti, həmçinin saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, onlara şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarını izah ediblər. Həmin şəxslər saxlanılma şəraitindən, saxlanıldıqları müddət ərzində onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər. Eyni zamanda, inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı burada hüquqlarının pozulmasına yol verilmədiyini qeyd edib. O, yalnız polis tərəfindən tutulmasını və məhkəmə qərarına əsasən barəsində 10 sutka inzibati həbs cəzasının tətbiq olunmasını əsassız hesab etdiyini bildirib.

Saxlanılma şəraitinin təkmilləşdirilməsi ilə bağlı həmin müəssisə rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar