Nazir: “Prezidentlərin görüşündə ciddi irəliləyişə nail olunmayıb”
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşün nəticələri ilə bağlı açıqlama verib.
APA-nın xəbərinə görə, nazir görüşdə ciddi irəliləyişə nail olunmadığını vurğulayıb: “Necə deyirlər ki, hansısa böyük irəliləyiş var? Mən hər hansı böyük irəliləyişə nail olduğumuzu deyə bilmərəm. Danışıqları davam etdirməliyik. Görüşdə mürəkkəb məsələlər var idi. Təəssüf ki, ermənilər bu dəfə də konstruktivlik nümayiş etdirmədilər”.
Danışıqların gərgin atmosferdə keçirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən nazir belə deyib: “Mən gərgin ifadəsini işlətməzdim. Amma torpağın işğal altında olması faktı var. Azərbaycan tərəfi sübut eləyir və istəyir ki, erməni qoşunları işğal olunmuş ərazilərdən daha tezliklə çıxsınlar. Bu prinsiplərin əsasında müzakirələr davam edib. Amma deyə bilmərəm ki, hansısa böyük proqresə nail olunub”.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə danışan E. Məmmədyarov bunun iyunun əvvəlində Sankt-Peterburqda keçiriləcək beynəlxalq iqtisadi forum çərçivəsində planlaşdırıldığını bildirib. Buna qədər isə həmsədrlər yenidən regiona səfər edəcəklər və görüşün detallarını dəqiqləşdirəcəklər. Nazir lazım gələcəyi təqdirdə Ermənistan və Azərbaycan XİN başçılarının da görüşünün mümkünlüyünü qeyd edib.
XİN başçısı ABŞ dövlət katibi Hillari Klintonla da görüşü barədə də danışıb: “ Görüş yaxşı keçdi. Biz Dağlıq Qarabağ və enerji məsələlərinə toxunduq. Hillari Klinton regionda, həmçinin Azərbaycan və Ermənistan arasında sülh və sabitlik olmasının vacibliyini qeyd etdi. Bu, çox vacib bəyanatdır. O, bunun üçün əlindən gələni edəcəyinə də söz verdi”.
E. Məmmədyarov deyib ki, artıq regionda yeni vəziyyət yaranıb: “Bu situasiyada ABŞ-ın da , Rusiya və Avropa İttifaqının da rolu yüksəkdir. Amma ABŞ-ın bu istiqamətdə geniş köməyi olarsa, mən inanıram ki, hansısa irəliləyişə nail ola bilərik”.

926