Azay Quliyev Avropa Komissiyasının Forumunda iştirak edəcək
Tədbir Praqada keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev 5-6 may 2009-cu ildə Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində təşkil etdiyi Vətəndaş Cəmiyyəti Forumunda iştirak edəcək.
Şuradan Lent.az-a verilən məlumata görə, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və başqa ölkələrin vətəndaş cəmiyyəti təmsilçilərinin, dövlət və hökumət rəsmilərinin qatılacağı bu Forumda Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində mümkün olan gələcək əməkdaşlıq istiqamətləri müzakirə ediləcək. Bu istiqamətlər əsasən aşağıdakılardır: ümumi dəyərlər üzrə əməkdaşlığın yaradılması; münaqişələrin həlli və digər sahələr üzrə inkişafın şərtləri; iqtisadi inteqrasiya; qonşulararası əməkdaşlıq – infrastrukturdan xalqlararası əlaqələrədək; şərq tərəfdaşlığı və enerji təhlükəsizliyi; şərq tərəfdaşlığı və Vətəndaş Cəmiyyəti Forumunun əsas vəzifələri.
Forum çərçivəsində Azay Quliyevin Avropa Komissiyası Şərq Tərəfdaşlıq Proqramının rəhbərləri, eləcə də tədbiri təşkil etmiş ölkənin rəsmiləri ilə ikitərəfli görüşləri planlaşdırılır. Əməkdaşlığın fayda və səmərəsinin artırılmasında Azərbaycan QHT-lərinin rolu və yeri həmin görüşlərin əsas müzakirə mövzusu olacaq.
Mətbuat xidməti

1238