FHN-in yaranmasının beşinci ildönümü münasibəti ilə tədbir keçirilib
16 dekabr 2010 12:33 (UTC +04:00)

FHN-in yaranmasının beşinci ildönümü münasibəti ilə tədbir keçirilib

APA-nın xəbərinə görə, toplantıda FHN-in fəaliyyətində həsr olunan video-rolik nümayiş olunub. Tədbirdə Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Ciçək, Qazaxıstan və Rusiyadan olan nümayəndə heyətləri iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tədbirdə hesabat xarakterli çıxış edib. Nazir beş ildə FHN-in böyük inkişaf yolu keçdiyini, maddi-texniki bazasının gücləndirildiyini deyib. Nazir bildirib ki, ötən dövrdə Bakıda 2973 obyektdə yoxlamalar aparılıb. Yanacaqdoldurma məntəqələri və partlayıcı maddələr olan anbarlara baxış keçirilib. Son beş ildə hər il ümumilikdə orta hesabla 70 mindən artıq obyektdə diqqətli, 50 mindən çox obyektdə isə nəzəri yoxlamalar aparılıb. Bu obyektlərə 300 mindən çox tapşırıq verilib. Tapşırıqların 140 mininin yerinə yetirilməsinə nail olunub. 20 mindən çox müəssisədə, 125 mindən çox evdə qaz təsərrüfatlarına baxış keçirilib, 25435 təbii və texnogen xarakterli yanğın söndürülüb, 150 min hektara yaxın taxıl sahəsi, 12 min hektara yaxın meşə sahəsi yanğından qorunub. Yanğınlarda 373 nəfər xəsarət alıb, 224 nəfər həlak olub.

Nazir deyib ki, yanğınlar nəticəsində Azərbaycana 28 milyon 563 min manat ziyan dəyib.
K. Heydərov FHN-in şəxsi heyətinin Azərbaycanda sel fəlakətlərinin aradan qaldırılmasında, Rusiya və İsraildə baş verən yanğınların söndürülməsində iştirak etdiyini də xatırladıb.

Tədbirdə iştirak edən Rusiya nümayəndə heyəti K. Heydərovu “Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı” ilə təltif edib.

Qeyd olunub ki, Rusiyada baş verən yanğının söndürülməsində iştirak edən FHN-in Aviasiya Dəstəsinin komandiri, polkovnik Əşrəf Qasımov və fövqəladə hallar nazirinin birinci müavini Rafael Mirzəyev Rusiya prezidentinin fərmanı ilə ordenlərlə təltif olunublar. Ordenlər adı çəkilən şəxslərə təqdim edilib.

Daha sonra Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək çıxış edib. O, yubiley münasibətilə nazir K. Heydərovu və nazirlik əməkdaşlarını təbrik edib. C. Çiçək Türkiyə-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu deyib.

Tədbirdə Belarus və Qazaxıstan Fövqəladə Hallar nazirlikləri adından xatirə hədiyyələri təqdim olunub.

Sonra xidmətdə fərqlənən nazirlik əməkdaşları nazir K. Heydərovun əmri ilə təltif olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1940

Oxşar yazılar