“Ermənistan tərəfi məsələnin həllindən yayındı”
“ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ciddi cəhdlər göstərildi. Faktiki olaraq böyük dövlətlər mövqelərini ortaya qoydular və bildirdilər ki, bu münaqişənin sülh yolu ilə həlli üçün dövlətlər bir-birinə güzəştə getməlidirlər. Təəssüf ki, biz bunu görmədik, Ermənistan tərəfi mübahisə mövzusu olan məsələləri qabardaraq məsələnin həllindən yayındı”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. O bildirib ki, Astana sammitindən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin aktivləşdiriləcəyi gözlənilir: “Biz bu prosesin daha da aktivləşəcəyini gözləyirdik. Cənab prezident dedi ki, Azərbaycan tərəfinin səbrinin bir həddi var. Bu məsələnin sülh yolu ilə həlli prinsipinin qəbul etdirilməyə çalışılır və bu, o zaman mümkündür ki, Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Ermənistan Azərbaycanı münaqişənin sülh yoluna sürükləyib, özü bu yola gəlməyəcəksə, biz torpaqlarımızı azad etmək hüququnu özümüzdə saxlayacaq. Günün birində beynəlxalq ictimaiyyət Azərbaycanın öz gücü ilə torpaqlarını azad etməsinə təəssüflənməsin”.
Ə.Həsənov bildirib ki, Azərbaycan sammitin protokoluna bir şərtlə imza atıb: “Burada qeyd olunur ki, beynəlxalq birlik məsələnin sülh yolu ilə həllində rolunu gücləndirəcək. Ermənistan əgər buna gəlməyəcəksə, Azərbaycan öz torpaqlarını azad etmək hüququnu özündə saxlayacaq”.

Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28