“Azərbaycan nəticə əldə olunması istəyir”
02 dekabr 2010 11:28 (UTC +04:00)

“Azərbaycan nəticə əldə olunması istəyir”

“Azərbaycan neftdən gələn gəlirləri intellektual qızıla çevirmək niyyətindədir”.




APA-nın xəbərinə görə, bu fikirləri Prezident Administrasiyası (PA) Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda keçirilən III Cənubi Qafqaz təhlükəsizlik forumunda çıxışında deyib. Azərbaycanın son illərdəki iqtisadi uğurlarından danışan E. Aslanov bildirib ki, Azərbaycan yalnız Şərq ilə Qərbi birləşdirən körpü yox, regional mərkəzə çevrilib.


Dağlıq Qarabağ problemi barədə danışan Elnur Aslanov deyib ki, Azərbaycan problemlə bağlı Avropa İttifaqının öz sözünü deyəcəyini, daha da fəal olacağını, Dağlıq Qarabağın boz zona kimi qalmasına münasibət göstərəcəyini gözləyir: “ATƏT-in Minsk Qrupu 18 ildir fəaliyyət göstərir. Danışıqlar gedir, konkret nəticə isə yoxdur. Azərbaycan danışıqların aparılmasını yox, nəticə əldə olunması istəyir”.


E. Aslanov təəssüflə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa Birliyinin, İslam Konfransı Təşkilatının münaqişə ilə bağlı qəbul olunan qətnamələri yerinə yetirilməyib: “Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Bura Azərbaycanın ərazisidir və beynəlxalq prinsiplərə uyğun olaraq Azərbaycana qaytarılmalıdır. Ermənistan regionda ən yoxsul ölkədir. Əgər torpaqlar azad olunmasa, Ermənistan regional layihələrdən təcrid olunaraq qalacaq və onun əhalisi bundan əziyyət çəkəcək”.


Forumda iştirak edən Ermənistan nümayəndəsinə üz tutan E. Aslanov bunları deyib: “Artıq yeni nəsil formalaşır və o öz düşüncəsi ilə əvvəlki nəsildən fərqlənir. Onun üçün birgə yaşam məfhumu yoxdur və tamam başqa düşüncəyə malikdir. Münaqişəyə yeni nəslin yanaşması tamamilə fərqlidir. O baxımdan münaqişənin uzanması onun həllini daha da çətinləşdirir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar