Sloveniya prezidenti ATƏT-i Dağlıq Qarabağ probleminin həllinə çağırdı
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Sloveniya prezidenti Danilo Türk ATƏT-in zirvə toplantısında çıxışı zamanı söyləyib. O Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıqdır davam etməsinə diqqət çəkib: “Bu münaqişənin həlli üçün qarşılıqlı etimadı möhkəmləndirmək lazımdır, ortada plan var və onu həyata keçirmək lazımdır. Mən münaqişə tərəflərini konfliktin həlli üçün daha aktiv addımlar atmağa çağırıram”.
                            
                            
                            
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0