
Abdulla Gül: “Münaqişələri nizamlaya bilməmək ATƏT-in nüfuzunu zərbə altında qoyur”
APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri ATƏT-in zirvə görüşündə çıxışı zamanı Türkiyə prezidenti Abdulla Gül söyləyib. O bildirib ki, sammitin qurumun həlli uzadılmış münaqişələrə nəzərən münasibətində köklü dəyişiklik anı olması üçün mümkün olan hər şeyi etmək lazımdır. Prezident ATƏT-in həlli uzadılmış münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həlli üçün bütün mümkün vasitələrdən istifadə etməyə çağırıb: “Biz qəti şəkildə əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik. Türkiyə öz tərəfindən Gürcüstan, Moldova və Azərbaycandakı münaqişələrin ərazi bütövlüyü və dövlətlərin suverenliyi prinsipləri əsasında sülh yolu ilə həllinə yardım göstərməyə hazırdır”.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53