Elmar Məmmədyarov çilili həmkarına məktub yazıb
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində İlqar Muxtarov Çili Xarici İşlər Nazirliyinin Avropa üzrə idarəsinin rəisi Daniel Karvayo Kepernik ilə görüşüb.
Görüş zamanı İlqar Muxtarov Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Çili xarici işlər naziri Alfredo Moreno Çarmeyə ünvanladığı məktubu təqdim edib. Tərəflər bir sıra sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivlərini nəzərdən keçirib, o cümlədən mədəniyyət, təhsil, iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar. Daniel Karvayo deyib ki, uzun illər ərzində siyasi stabilliyin mövcud olması nəticəsində Çili regionun ən aparıcı ticarət ölkələrindən biri olub və onun ölkəsi Azərbaycanla da münasibətlərin daha yüksək müstəviyə keçirilməsində, ticarət əlaqələrinin və enerji sektorunda əməkdaşlığın inkişafında maraqlıdır.
İlqar Muxtarov Elmar Məmmədyarovun 2005-ci ildə Çiliyə səfərini xatırladıb. O, Çili xarici işlər nazirinin Bakıya səfərinin iki ölkənin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, hüquqi bazanın genişləndirilməsinə öz növbəsində töhfə verəcəyinə inamını ifadə edib. Görüş zamanı səfir Çili Xarici İşlər Nazirliyinin rəsmilərinə Azərbaycanın tarixi, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı və etnik təmizləmə siyasəti, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda müvafiq xəritə əsasında məlumat verib.
Səfər çərçivəsində İlqar Muxtarov Çili Diplomatik Akademiyasının Direktoru Pablo Kabrera Qaete ilə görüşüb. Səfir Çilinin gənc diplomatlarının Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq imkanlarından söz açıb. Azərbaycana səfər etmək arzusunda olduğunu bildirən Pablo Kabrera da təhsil sahəsində ikitərəfli hüquqi bazanın genişləndirilməsini vacib sayıb. Tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasının məqsəduyğunluğunu ifadə ediblər.

645