Azərbaycan və Ermənistan prezidentlərinin ehtimal olunan görüşü baş tutmayacaq
ATƏT-in Astana sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında ehtimal olunan görüş baş tutmayacaq.
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və münaqişə tərəfi olan ölkələrin dövlət başçılarının birgə bəyanatının yayımlanması göstərir ki, görüşün keçirilməsi ehtimalı sıfırdır.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərinin əsas məqsədlərindən biri prezidentlərin Astana görüşünü razılaşdırmaq olub. Lakin həmsədrlər səfərin sonunda görüşün olub-olmayacağı barədə jurnalistlərə dəqiq məlumat verməkdən boyun qaçırıblar. Erməni mətbuatında prezident Serj Sərkisyanın Astana sammitində iştirak etməyəcəyi barədə məlumatların yayılması göstərir ki, dövlət başçılarının planlaşdırılan görüşü məhz Serj Sərkisyanın imtinası səbəbilə baş tutmayıb.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07