Prezident İlham Əliyev Astanada bir sıra ikitərəfli görüşlər keçirib
ATƏT-ə üzv ölkələrin dövlət başçılarının Astana zirvə görüşündə iştirak edən Azərbaycan prezidenti İlham Əliyev bu gün bir sıra ikitərəfli görüşlər keçirib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün dövlət başçısı ilə Niderlandın baş naziri Mark Ruttenin görüşü olub. Görüşdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib, bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, səfirliklərin açılması ölkələrimiz arasında əməkdaşlığa töhfə verir. Görüşdə Azərbaycan ilə Niderland arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulanıb.
Bu gün Astanada Azərbaycan prezidenti İlham Əliyev və Yunanıstanın baş naziri George Papandreunun da görüşü olub. Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunulub. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
Dövlət başçısı bu gün həmçinin Avstraliyanın xarici işlər naziri Kevin Rudd ilə görüşüb. Kevin Rudd ölkəsinin Azərbaycan ilə həm ikitərəfli, həm də təhlükəsizlik, ekologiya və qlobal məsələlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib. O, Avstraliyada Azərbaycan icmasının olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Avstraliya ilə əməkdaşlığı inkişaf etdirə bilər. Azərbaycanın son illər bütün sahələrdəki inkişafından danışan dövlətimizin başçısı bildirib ki, Avstraliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün hər cür şərait var. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunulub, prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.

537