“Qarabağ münaqişəsi balanslaşdırılmış qərar əsasında həll olunmalıdır”
“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstək verməyə hazırdır”.
APA-nın Astanaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu Fransanın baş naziri Fransua Fiyon (François Charles Amand Fillon) deyib. O bildirib ki, həmsədr ölkə kimi Fransa münaqişənin həllinə dəstək verməyə qərarlıdır: “Münaqişə balanslaşdırılmış qərar əsasında həll olunmalıdır. Qərar isə Akvill və Muskoka bəyanatlarında əksini tapan prinsiplərə əsaslanmalıdır. Bu prinsiplər vahid və bölünməz paket halında nəzərdən keçirilməlidir”.
Almaniyanın federal kansleri Angela Merkel də çıxışında Dağlıq Qarabağ məsələsinə toxunub. O da fransız həmkarı kimi qeyd edib ki, gələcəkdə münaqişənin həlli artıq razılaşdırılmış və əldə olunmuş məqamlara əsaslanmalıdır.
Xatırladaq ki, “böyük səkkizlər”in İtaliyanın Akvill və Kanadanın Muskoka şəhərlərində keçirilən görüşlərində ATƏT-in həmsədri olan üç ölkənin prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatla çıxış ediblər.

Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29