Əfqan zabitləri MTN-in akademiyasında kurs keçiblər
Nazirlikdən Lent.az-a verilən məlumata görə, təlim prosesində akademiyanın professor-müəllim heyəti və milli təhlükəsizlik orqanlarının təcrübəli əməkdaşları tərəfindən mühazirələr oxunub və praktiki məşğələlər keçirilib.
Kurs müddətində Əfqanıstanın təhlükəsizlik zabitlərinə Azərbaycan xalqının tarixi və mədəniyyəti, dövlət quruculuğunun inkişaf yolları və müasir mərhələsi barədə ətraflı məlumat verilib. Onlar üçün habelə Azərbaycan Tarix Muzeyinə, Şirvanşahlar Sarayına, Bibi Heybət Məscidinə, Bakı şəhərinin digər görməli yerlərinə, Şamaxı və Lənkəran şəhərlərinə ekskursiya və səfərlər təşkil olunub. Noyabr ayının 30-da tədrisin başa çatması ilə əlaqədar kurs iştirakçıları ilə görüş keçirilib. Akademiya rəisi general-leytenant Ziya Yusifzadə Əfqanıstanın dövlət quruculuğu üçün vacib olan tarixi mərhələdə əfqan xalqına yardım göstərilməsinin xüsusi əhəmiyyətini qeyd edib.
Sonda Əfqanıstanın təhlükəsizlik zabitlərinə təlim-tədris kurslarını müvəffəqiyyətlə bitirmələri barədə müvafiq sertifikatlar təqdim olunub.

Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29