Milli Qəhrəman Alı Mustafayevi anım mərasimi keçirilib - FOTO
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi tərəfindən təşkil olunan tədbiri giriş sözü ilə Şuranın sədri Əflatun Amaşov açıb.
Əflatun Amaşov Alı Mustafayevin professional jurnalistikamızda özünə layiqli yer tutduğunu, zəhmətkeşliyi və istedadı ilə fərqləndiyini söyləyib, onun keçdiyi mənalı ömür yolundan, ədəbi və bədii yaradıcılığından danışıb: “Alı Mustafayevin çağdaş jurnalistikamızdakı xidmətləri böyükdür. Çox da uzun olmayan ömür yolunda ciddi uğurlar və populyarlıq qazanmaq heç də hər yazara nəsib olmur. Bu, gərgin zəhmətin nəticəsi idi. Onun televiziya jurnalistikası sahəsindəki novatorluq keyfiyyətləri cəmiyyətdə hələ ötən əsrin 70-80-ci illərindən başlayaraq böyük maraqla qarşılanırdı. Qarabağ müharibəsi başlayan gündən Alı Mustafayev qaynar nöqtələrdə tez-tez görünür, efirdə erməni vəhşiliklərini ifşa edirdi. Bəlkə bir tale idi ki, qəhrəmanlıq fəaliyyəti məhz Qarabağ torpağında başa çatdı. Ölümündən sonra ona Azərbaycanın əməkdar jurnalisti fəxri adı verildi. O, bu ada hələ sağlığında ikən layiq idi”.
Anım mərasimində Alı Mustafayevin tələbə və iş yoldaşlarından Məzahir Süleymanzadə, Tahir Aydınoğlu, İlqar Həsənov, Sakit Ocaqlı, Akif Cabbarov, Akif Qurbanov, Araz Qurbanov, qocaman qələm sahibi Ələsgər Cabbarov həyatdan vaxtsız getmiş jurnalist barədə xatirələrini yada salıb, onunla fəxr etdiklərini dilə gətiriblər. Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov bildirib ki, Alı Mustafayev, Salatın Əsgərov kimi jurnalistlər Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gedib, şəhidlik zirvəsi ilə misilsiz örnəyə çevriliblər. Alı Mustafayevin tələbəlik dostu Qənimət Səfərov şəhid jurnalistin cəfakeşliyindən söz açıb, onun dostluğa sədaqətinin, ailəcanlılığının da nəsillərə nümunə olduğunu vurğulayıb. Mətbuat Şurasının İdarə Heyətinin üzvü Tapdıq Abbas çıxışında dəfələrlə sıx təmasda olduğu şəhid jurnalistin mehribanlıq, işgüzarlıq keyfiyyətlərini xarakterizə edib.
Sonda Alı Mustafayevin həyat yoldaşı Lalə xanım çıxış edib, xoş sözlərə və anım mərasiminin təşkilinə görə təşəkkürünü bildirib.

874