Prezidentin mətbuat xidməti “Wikileaks”da yazılanlarla bağlı açıqlama verdi
Mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada bildirilib ki, bu günlərdə “Wikileaks” internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya “bəzi gizli məqamlarını” əks etdirən materiallar yayılıb: “Həmin materiallarda Azərbaycan Respublikası Prezidentinin ABŞ-ın rəsmi nümayəndələri ilə keçirdiyi görüşlə bağlı da bəzi fikir və mülahizələr əks olunub. Bununla əlaqədar bildiririk ki, saytda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələr qətiyyən həqiqəti əks etdirmir və onların heç bir əsası yoxdur. Bu materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır. Prezidentin leksikonunda saytda ifadə olunmuş jarqon ifadələr, kəskin və emosional dəyərləndirmələr mövcud deyil.
Azərbaycan Respublikası heç zaman qonşu dövlətlərin daxili siyasət məsələlərinə qarışmayıb və hər zaman region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinin saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən şəffaf siyasət yürüdüb. Azərbaycan Prezidenti istənilən görüş və çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın ifadə edib. Ölkənin xarici siyasəti həmişə müstəqil, davamlı, məntiqli və səmimi olub”.

Oxşar yazılar

Ermənistanın Qaradağlı kəndini işğal etməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
1 may 2025 , 22:42
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində oldular
1 may 2025 , 22:14
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37
Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB
1 may 2025 , 11:15
“Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi” - Fərid Şahbazlı
30 aprel 2025 , 23:05
Azərbaycan-İran münasibətlərində YENİ SƏHİFƏ
30 aprel 2025 , 18:37
Sabah parlamentdə Kamran Əliyevin məsələsinə baxılacaq
30 aprel 2025 , 18:27