Kosta Rika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
30 noyabr 2010 09:47 (UTC +04:00)

Kosta Rika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycan Respublikasının Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Kosta Rika Respublikasında səfir təyin edilməsi barədə etimadnamələrini Kosta Rikanın prezidenti Laura Çinçiya Miranda və xarici işlər və dini məsələlər naziri Rene Kastro Salasara təqdim edib.

Azərbaycanın Meksikadakı səfirliyindən Lent.a-a verilən məlumata görə, prezident Laura Çinçiya ilə görüş zamanı İlqar Muxtarov Azərbaycanın Kosta Rikadakı ilk səfiri vəzifəsində çalışacağı müddətdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirib. Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunub, işğal edilmiş ərazilər və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə məlumat verib.

Kosta Rika prezident Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin münaqişə ilə əlaqədar mövqeyini dəstəklədiyini bildirib. Görüşdən sonra İlqar Muxtarov tərəfindən etimadnamənin təqdim edilməsi ilə əlaqədar xüsusi mərasim çərçivəsində Azərbaycancanın dövlət himni səsləndirilib.

Səfir İlqar Muxtarov Kosta Rikaya səfəri çərçivəsində bu ölkənin Diplomatiya İnstitutunun direktoru Xose Xakin Çaverri Sievert ilə görüşüb. Görüş zamanı, iki ölkənin diplomatik təhsil ocaqları arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar