Müsavat Partiyasında təlatüm
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda MSK üzvü Gülağa Aslanlının həmin qurumdakı fəaliyyəti yüksək qiymətləndirilib.
Divanda, həmçinin bir sıra partiyadaxili məsələlər, müxalifətdaxili siyasi inteqrasiya məsələləri, eləcə də seçkidən sonrakı yaranmış vəziyyət ətraflı müzakirə edilib. Bu kontekstdə müxalifətin siyasi inteqrasiyasının müxtəlif variantları üzərində fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, deputatlığa namizədlərin iştirakı ilə 23 noyabrda keçirilmiş forumda, müxtəlif toplantılarda və mətbuatda demokratik qüvvələrin inteqrasiyası ilə bağlı irəli sürülmüş təkliflərin müzakirəsində partiyanın aktiv iştirak etməsi məqsədəuyğun sayılsın.
Məlumatda o da bildirilir ki, İbrahim İbrahimli partiya rəhbərliyinin ona etimad göstərmədiyini bildirərək partiyadan, Sülhəddin Əkbər isə partiyanın strateji kursu ilə razılaşmadığını əsas gətirərək partiyada tutduğu vəzifələrindən istefa veriblər.
Sonda cari məsələlərə baxılıb.

Oxşar yazılar

Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37
Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB
1 may 2025 , 11:15
“Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi” - Fərid Şahbazlı
30 aprel 2025 , 23:05
Azərbaycan-İran münasibətlərində YENİ SƏHİFƏ
30 aprel 2025 , 18:37
Sabah parlamentdə Kamran Əliyevin məsələsinə baxılacaq
30 aprel 2025 , 18:27
İlham Əliyev xüsusi təyinatlı avtomobil sürdü - FOTOLENT
30 aprel 2025 , 15:30
Tramp Roma Papası olmaq istəyir
30 aprel 2025 , 14:22