Astana sammitinin təşkilinə 11 milyon avro xərclənib
APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Astana keçirdiyi brifinqdə Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Serjan Abdıkərimov bildirib. Onun sözlərinə görə, sammitin yekun sənədi üzərində iş davam edir: “Bu iş üç aydır aparılır və hazırda sənədin dördüncü versiyası mövcuddur. Ümidvarıq ki, ölkələr sammitin uğurlu keçməsi və bu sənədin imzalanması üçün maksimum konstruktivlik nümayiş etdirəcəklər. Nəticədə ATƏT üzvü olan bütün ölkələrin ümumi siyasi iradəsi sənəddə öz əksini tapmalıdır”.
Serjan Abdıkərimov sənəddə öz əksini tapan məqamlar sırasında terrorçuluğa və narkotrafikinqə qarşı mübarizənin də adını çəkib.
Onun sözlərinə görə, ATƏT-in Astana sammitinə iştirakçı və tərəfdaş ölkələrdən 2,500 nümayəndə qatılacaq. Artıq 28 dövlət başçısı, 10 baş nazir, 7 baş nazirin müavini, ABŞ-ın dövlət katibi Hillari Klinton və ATƏT üzvü ölkələrdən 14 xarici işlər naziri sammitdə iştiraklarını təsdiqləyiblər. İştirakçılar arasında 33 beynəlxalq təşkilatın (Avropa İttifaqı, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, KTMT, NATO və b.) rəhbərləri və nümayəndələri də var.
Abdıkərimov bildirib ki, nümayəndə heyətlərinin rəhbərləri və üzvləri üçün bütün şərait yaradılıb, o cümlədən onların təhlükəsizliyi yüksək səviyyədə təmin olunub: “Artıq bu gündən başlayaraq dövlət başçıları ölkəmizə gəlməyə başlayıblar, sabahdan aeroportlar tam gücü ilə işləyəcək. Bütün təhlükəsizlik xidmətlərimiz də gücləndirilmiş iş rejiminə keçiblər”.
Abdıkərimov bildirib ki, sammitin təşkilinə 11 milyon avro sərf olunub, bu məbləğin 75 faizi təşkilatçı ölkənin, 25 faizi isə ATƏT üzvü olan ölkələrin ianələrinin payına düşür.
Xatırladaq ki, dekabrın 1-2-də Astanada son 11 ildə ilk dəfə ATƏT-in zirvə toplantısı keçiriləcək.

579