Milli Məclisin sədri, sədr müavinləri və komitə sədrləri seçildi
APA-nın məlumatına görə, yeni çağırışın ilk iclasında 122 millət vəkili iştirak edib.
Parlamentin Nizamnaməsinə əsasən, ilk iclası ən yaşlı millət vəkili Cəlal Əliyev aparmalı olsa da, onun iclasa qatılmaması səbəbindən iclası digər ən yaşlı deputat Fəttah Heydərov aparıb.
İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Toplantıda çıxış edən prezident İlham Əliyev ölkədə son illər aparılan iqtisadi və siyasi islahatlardan danışıb.
Millət vəkili Zahid Orucun APA-ya verdiyi məlumata görə, sonra təşkilati məsələlər baxılıb. Öncə sədr vəzifəsinə üçüncü çağırış parlamentin spikeri Oqtay Əsədovun namizədliyi irəli sürülüb və 121 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla o bu vəzifəyə təsdiqlənib. Daha sonra spiker birinci müavini vəzifəsinə Ziyafət Əsgərovun, müavin vəzifəsinə isə Bahar Muradovanın namizədliyini irəli sürüb və onların qeyd olunan vəzifələrə namizədlikləri təsdiqlənib. Parlamentdə təmsil olunan 41 bitərəf deputat tərəfindən vitse-spiker postuna namizədliyi irəli sürülmüş Valeh Ələsgərov da bu vəzifəyə təsdiqlənib.
Z. Oruc komitələrin sədrlərinin təyin olunduğunu və yaxın günlərdə komitələrin tam formalaşacağını, deputatlara vəsiqələrin paylanacağını vurğulayıb.
Yeni parlamentdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Əli Hüseynov, Təhlükəsizlik və müdafiə komitəsinə Ziyafət Əsgərov, İqtisadi siyasət komitəsinə Ziyad Səmədzadə, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə Valeh Ələsgərov, Aqrar siyasət komitəsinə Eldar İbrahimov, Sosial siyasət komitəsinə Hadı Rəcəbli, Regional məsələlər komitəsinə Arif Rəhimzadə, Elm və təhsil komitəsinə Şəmsəddin Hacıyev, Mədəniyyət komitəsinə Nizami Cəfərov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə Səməd Seyidov, İnsan hüquqları komitəsinə isə Rəbiyyət Aslanova rəhbərlik edəcək.
Parlamentdə Hesablayıcı Komissiya da formalaşdırılıb və millət vəkili Mübariz Qurbanlı komissiyanın sədri seçilib. Milli Məclisin İntizam Komissiyasının sədri isə hələlik seçilməyib.
Qeyd edək ki, üçüncü çağırışda Hesablayıcı Komissiyanın sədri Məlahət İbrahimqızı olub.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29