Tale Heydərov: “Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən güclüdür”
28 noyabr 2010 20:42 (UTC +04:00)

Tale Heydərov: “Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən güclüdür”

APA-nın Frankfurta ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə Dünya Azərbaycanlı Gənclərinin 1-ci Konqresində çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov bildirib.

T. Heydərov deyib ki, cəmiyyətin London, Berlin, Brüssel və Bakıda ofisləri var. Təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni aspektdən tanıtmaqdır: “Siyasi aspektdən tanıtma deyəndə, biz ilk növbədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmağı nəzərdə tuturuq. Bizim nəşriyyatlarımız var, kitab, jurnal qəzet nəşri ilə məşğuluq. Azərbaycan barəsində «100 suala cavab» kitabı nəşr olunub, hər ay qəzetimiz çıxır, bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab dünyanın müxtəlif universitet və institutlarına paylanıb”.

T. Heydərov bildirib ki, Dağlıq Qarabağla bağlı nəşr olunan yeni kitabda yalnız Rusiya arxivlərində saxlanılan sənədlər əsasında ermənilərin Qafqaza, o cümlədən hazırkı Ermənistana köçürülməsi haqqında faktlar və məlumatlar əksini tapıb: “Üç cildən ibarət kitabın rus variantı artıq hazırdır, Azərbaycan və ingilis dili versiyaları isə hazırlanır. Bu kitab bütün dünyada yayılacaq”.

T. Heydərov Azərbaycan və Xocalı soyqırımı haqqında filmlərin hazırlandığını, həmin filmlərin Avropanın müxtəlif telekanallarında nümayiş etdiriləcəyini də deyib.

O, Britaniya parlamentində «Azərbaycanın mühafizəkarlar dostu» qrupunun yaradılması barədə də məlumat verib, Xocalı qətliamının tanınması üçün imza toplandığını deyib. T. Heydərov bəyan edib ki, Azərbaycan diplomatiyası və diasporunun fəaliyyəti nəticəsində Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən güclüdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1553

Oxşar yazılar