Deputatlığa keçmiş namizəd Vidadi İsgəndərov barəsində cinayət işi başlanıb
27 noyabr 2010 15:23 (UTC +04:00)

Deputatlığa keçmiş namizəd Vidadi İsgəndərov barəsində cinayət işi başlanıb

Bu barədə APA-ya məlumat verən 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa keçmiş namizəd Vidadi İsgəndərov bildirib ki, cinayət işi fakta görə yox, namizəd olmuş şəxs – onun barəsində başlanıb. Cinayət işinin Azərbaycan Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələrini ilə başlandığını qeyd edən V. İsgəndərov araşdırmaların Baş Prokurorluq tərəfindən aparıldığını qeyd edib: “Lakin mən bu ittihamları qəbul etmirəm”.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun dünən keçirilən iclasında məruzəçi hakim Rafael Qvaladze bildirib ki, Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı seçki pozuntuları iddiası ilə bir dairə üzrə Respublika Baş Prokurorluğuna daxil olan müraciətlər əsasında cinayət işi başlanıb. Bu, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsidir. Hakimin sözlərinə görə, cinayət işi həmin dairədən namizəd olmuş şəxsin seçki günü səsvermə prosesinə müdaxiləsi, bununla da, seçki qanunvericiliyini pozması ilə bağlı başlanıb.

Qeyd edək ki, MSK həmin dairədən Şəmsəddin Hacıyevi qalib elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075

Oxşar yazılar