Robert Bradtke Ermənistandakı görüşləri barədə Elmar Məmmədyarova məlumat verib
APA-nın məlumatına görə, görüşdə ATƏT-in Astana sammiti ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair məsələlər müzakirə olunub. Bundan başqa, amerikalı diplomat Azərbaycan rəsmisini həmsədrlərin Ermənistanda keçirdiyi görüşlər barədə məlumatlandırıb.
Qeyd edək ki, noyabrın 25-də Bakıya gələn ATƏT-in Minsk Qrupu həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan prezidenti və xarici işlər naziri ilə danışıqlardan sonra noyabrın 26-da İrəvana yollanıblar. İrəvanda Ermənistan prezidenti və xarici işlər naziri ilə danışıqlardan sonra isə amerikalı və rusiyalı həmsədrlər müzakirələr barədə Azərbaycan tərəfini məlumatlandırmaq üçün elə həmin gün yenidən Bakıya qayıdıblar, fransalı həmsədr isə ölkəsinə gedib. B. Fasie danışıqlar barədə Fransa rəsmilərini məlumatlandırdıqdan sonra Astanaya gedəcək. Digər həmsədrlər isə noyabrın 28-də Astanaya yola düşəcəklər. Noyabrın 29-da həmsədrlər tam tərkibdə Astanada toplaşacaqlar.
Qeyd edək ki, dekabrın 1-2-də Astanada ATƏT-in sammiti keçiriləcək. Sammit çərçivəsində Azərbaycan və Ermənistan rəsmilərinin görüşü də nəzərdə tutulur.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29