Parlament seçkisi ilə bağlı bir dairə üzrə cinayət işi başlanıb
26 noyabr 2010 11:50 (UTC +04:00)

Parlament seçkisi ilə bağlı bir dairə üzrə cinayət işi başlanıb

0
Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı seçki pozuntuları iddiası ilə bir dairə üzrə Respublika Baş Prokurorluğuna daxil olan müraciətlər əsasında cinayət işi başlanıb.


APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında məruzəçi hakim Rafael Qvaladze bildirib ki, bu, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsidir.
Qeyd edək ki, MSK həmin dairədən Şəmsəddin Hacıyevi qalib elan edib.


Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 814

Oxşar yazılar