Ermənilərin daha bir saxtakarlığının qarşısı alınıb
24 noyabr 2010 16:09 (UTC +04:00)

Ermənilərin daha bir saxtakarlığının qarşısı alınıb

“UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası Komissiyasının Keniyada keçirilən iclasında müzakirə olunan məsələlərdən biri də Ermənistan tərəfindən təklif olunan xaçkarlar və xaç daşlarının qurumun qeyri-maddi mədəni irs siyahısına salınması məsələsi olub”.


APA-nın məlumatına görə, bunu bu gün Keniyadan səfərdən qayıdan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, Azərbaycan tərəfi Azərbaycandakı tarixi abidələr və müxtəlif binaların üzərində yerləşən, alban xalqına məxsus xaç nümunələrinin sırf erməni incəsənət nümunələri adı ilə siyahıya daxil edilə biləcəyindən narahat olub: “Xalqımız çox yaxşı bilir ki, Azərbaycanda yerləşən bu cür tarixi abidələr və müxtəlif binaların üzərindəki xaçlar alban xalqına məxsus yaradıcılıq nümunələridir. Bu nümunələrin sırf Ermənistan adı altında siyahıya daxil edilə biləcəyindən narahat idik. Ona görə də Bakı elmi ictimaiyyətinin, təhsil ocaqlarının, Azərbaycan diasporunun, dövlət orqanlarının ciddi etirazlarını nəzər alan UNESCO baş katibliyi, müdirliyi və komissiyanın üzvləri bu məsələyə xüsusi həssaslıqla yanaşdılar. İki gün ərzində ciddi fikir mübadiləsi nəticəsində müvafiq nümunələr siyahıya başqa adla - yalnız Ermənistanda olan və erməni yaradıcılığına məxsus incəsənət növü kimi daxil edildi. Alban xaç daşlarının siyahıya daxil edilməsi imkanları tamamilə kənarlaşdırıldı. Bundan sonra heç kəs alban xaç daşlarına qarşı hər hansı iddia irəli sürə bilməz”.


Nazirin sözlərinə görə, Ermənistan tərəfi də bu addımı etirazla qarşılamayıb, irəli sürülən təkliflərlə razılaşıb: “Ermənistan tərəfi dərk etdi ki, siyasəti bu komissiyanın işinə aid etmək olmaz. Orada Dağlıq Qarabağa, alban kilsəsinə, Azərbaycanla bağlı digər məsələlərə toxuna biləcək maddələrin çıxarılmasına razılıq verdi. Bundan sonra komissiya təklifə müsbət rəy verdi. Hesab edirəm ki, bundan sonra alban dövrünə aid abidələr barədə daha ciddi təbliğat, təşviqat işi aparmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar