Prezident İlham Əliyev Rumıniyada “İlin adamı” elan olunub
Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, 2000-ci ildən etibarən mütəmadi olaraq, hər il keçirilən həmin təqdimat mərasimlərində siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət üzrə nominasiyalarda əlahiddə xidmətləri olan şəxslər mükafatlandırılır. İndiyə qədər jurnalın müxtəlif nominasiyaları üzrə Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, ictimai-siyasi xadimləri mükafata layiq görülüblər. Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər, kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət münsiflər heyəti cari ilin yekunlarına görə baş nominasiya olan “İlin adamı 2010” mükafatının Azərbaycan prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edib. Münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər və Qara dəniz bölgəsinin tərəqqisinə yetirdiyi xüsusi diqqətlə əsaslandırmış, regionun və eyni zamanda gələcək Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektoru) layihəsini buna bariz nümunə olaraq göstərib.
Bu qərar Avropa mətbuatında geniş işıqlandırılıb. Təltif mərasimində Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov çıxış edib.
Bu qərar Avropa mətbuatında geniş işıqlandırılıb. Təltif mərasimində Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov çıxış edib.
982